Saytımızı qiymətləndirin


 
 

Lavrovla Mirzoyan demarkasiya mexanizmlərinin yaradılmasından danışdılar
Tarix: 22-12-2021 | Saat: 18:31
Bölmə:Karusel / Siyasət | çapa göndər

Lavrovla Mirzoyan demarkasiya mexanizmlərinin yaradılmasından danışdılar

Rusiya xarici işlər naziri Sergey Lavrovla erməni həmkarı Ararat Mirzoyanın telefon danışığı olub.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, nazirlər telefon danışığı zamanı Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası mexanizmlərinin formalaşdırılmasının vacibliyini qeyd ediblər.

“Telefon danışığı zamanı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 26 noyabr tarixli üçtərəfli bəyanatında Soçidə qeydə alınmış sazişlərin icrası ilə bağlı geniş spektrli məsələlər müzakirə edilib. Tərəflər vəziyyətin deeskalasiyası, Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, həmçinin dövlət sərhədinin delimitasiyası və demarkasiyası mexanizmlərinin yaradılması üzrə addımlar atılmasının vacibliyini qeyd edib”, - deyə Rusiya XİN-in məlumatında deyilir. 



Xəbəri paylaş

1238 dəfə oxunub.

Digər xəbərlər
6-05-2022, 20:53 Şuşadan rəngarəng