Saytımızı qiymətləndirin


 
 

Əli Əsədov türkiyəli nazirlə görüşdü
Tarix: 22-12-2021 | Saat: 15:43
Bölmə:Karusel / Siyasət | çapa göndər

Əli Əsədov türkiyəli nazirlə görüşdü

 

Baş nazir Əli Əsədov dekabrın 22-də Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzlə görüşüb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən Qarabaginfo.az-a bildiriblər ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə inkişafından məmnunluq ifadə edilib. Cari ilin fevralında Ankarada keçirilmiş İqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 9-cu iclasında əldə olunmuş razılıqların iki ölkə arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi baxımından vacibliyi qeyd olunub.

Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlığın əhəmiyyətinə toxunularaq, birgə həyata keçirilən transmilli layihələrin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu xüsusi vurğulanıb.

Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu çərçivəsində aparılacaq müzakirələrin və imzalanacaq sənədlərin iki ölkə arasında enerji sahəsində əməkdaşlığın ayrı-ayrı istiqamətlərdə inkişaf etdirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.



Xəbəri paylaş

254 dəfə oxunub.

Digər xəbərlər