Saytımızı qiymətləndirin


 
 

İlham Əliyevlə Paşinyan bu toplantıda görüşə bilər
Tarix: 22-12-2021 | Saat: 14:28
Bölmə:Karusel / Siyasət | çapa göndər

Bu ilin sonunda Müstəqil Dövlət Birliyinə (MDB) üzv ölkələrin başçılarının qeyri-formal sammiti keçiriləcək.

Qarabaginfo.az xəbər verir ki, toplantının dekabrın 28-də Sankt-Peterburqda keçirilməsi gözlənilir.

İlkin məlumata görə, qeyri-formal sammitə Rusiya Prezidenti Vladimir Putin sədrlik edəcək.

Ermənistan KİV-ləri MDB dövlət başçılarının qeyri-formal sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyuanın növbədi təfə görüşə biləcəyini iddia edib. Ehtimal olunur ki, Azərbaycan və Ermənistan liderləri Rusiya prezidenti Putinin vasitəçiliyilə müzakirə aparacaqlar. 


Xatırladaq ki, 1991-ci ildə yaradılan MDB-yə Rusiya, Qazaxıstan, Belarus, Azərbaycan, Ermənistan, Qırğız Respublikası, Moldova, Tacikistan və Özbəkistan daxildir.



Xəbəri paylaş

255 dəfə oxunub.

Digər xəbərlər