Saytımızı qiymətləndirin


 
 

"Rusiyadan Nikol Paşinyana növbəti SİLLƏ" - “PAST”
Tarix: 21-12-2021 | Saat: 17:23
Bölmə:Karusel / Region | çapa göndər

Qarabaginfo.az xəbər verir ki, bunu erməni nəşri “Past” yazıb. Saytın yazdığına görə, uzun müddətdir ki, Baş naziri Nikol Paşinyanın Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyandan yaxa qurtarmaq istədiyi barədə xəbərlər yayılıb. Məlumata görə, Nikol Paşinyan bu vəzifəyə general Vaqarşak Arutyunyanı təyin etməyə çalışır.
“Lakin Vaqarşak Arutyunyan rusların ürəyincə deyil və Rusiya bunu açıq şəkildə bildirib. Nikol Paşinyan diplomatik sahəyə daha bir qeyri-peşəkar kadrı gətirməyə çalışarkən, Rusiya “at gedişi” edərək, Rusiya-Ermənistan müttəfiqliyinin möhkəmləndirilməsində xidmətlərinə görə V.Putinin fərmanı ilə Vardan Toqanyan “Dostluq” ordeni ilə təltif edir.

Əldə olunan məlumata görə, həm Ermənistan, həm də Rusiya diplomatik korpusu əmindir ki, problem Vardan Toqanyanın şəxsiyyətində deyil, Nikol Paşinyanın növbəti perspektivsiz addımındadır. Diplomatların fikrincə, bu, Rusiyanın diplomatiyadan çox uzaq olan Nikol Paşinyana mesaj göndərdiyi növbəti sillədir”, – sayt yazır.(konkret.az)



Xəbəri paylaş

1356 dəfə oxunub.

Digər xəbərlər