Saytımızı qiymətləndirin


 
 

Narkotik çəkib maşın sürərkən qəza törətdi - Foto
Tarix: 21-12-2021 | Saat: 16:47
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Narkotik çəkib maşın sürərkən qəza törətdi

 

Narkotik vasitənin təsiri altında qəza törədərək 4 avtomobilə xəsarət yetirən şəxs həbs olunub.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, Cəlilabad rayon sakini Elvin Hüseynov sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi tanışına məxsus “VAZ- 2105” markalı avtomobillə Cəlilabad şəhəri ərazisində yol nəqliyyat hadisəsi törədib. Nəticədə daha 3 nəqliyyat vasitəsi - “VAZ 21154”, “VAZ 21063” və “Mercedes-Benz” markalı avtomobillər zədələnib.

E.Hüseynov müvafiq tibbi müayinədən keçirildikdə onun narkotik vasitədən istifadə etdiyi müəyyən olunub.

Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə E.Hüseynov 30 gün müddətində inzibati qaydada həbs olunub.

 

 



Xəbəri paylaş

241 dəfə oxunub.

Digər xəbərlər