Tarix: 21-12-2021 | Saat: 14:25
Bölmə:Karusel / Sosial | çapa göndər
Bakının Xətai rayonunda özəl bağçaların birində qaz sayğacına müdaxilə halı aşkarlanıb.
Bu barədə Qarabaqinfo.az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, sözügedən bağçada quraşdırılan əvvəlcədən ödənişli J6 tipli sayğacın sərfiyyatını yoxlamaq üçün birliyin əməkdaşları ayrı-ayrı günlərdə həmin sayğacın göstəricisini qeydə alaraq şəklini çəkiblər. Təqvim dəyişsə də, göstəricinin dəyişməməsi sayğaca müdaxilə halıənın yüksək olmasına zəmin yaradıb.
Yaranan xətaya görə, bağçanın məsul şəxsinin iştirakı ilə sayğacın möhürü çıxarılaraq xüsusi şəffaf qutuya yerləşdirilib və növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün birliyin metrologiya departamentinə gətirilib. Qaz təchizatında fasiə yaranmaması üçün müvəqqəti olaraq sonradan ödənişli eyni markalı sayğac quraşdırılıb.
Möhür qırıldıqdan sonra sayğaca vizual olaraq baxış keçirilib, daha sonra sayğacın içərisi kamera vasitəsilə yoxlanılıb.
Bütün proseslər şəffaf şəkildə həyata keçirilib və yoxlama əməkdaşlarımız tərəfindən telefonla qeydə alınıb.
Yoxlama zamanı sayğacda qüsurlar aşkarlanıb. Məsələ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun tədbirlər görüləcək.
Abonentləri hansısa işbazlara inanaraq. qaz sayğaclarına qeyri-qanuni müdaxilə etməməyə çağırırıq.
Digər xəbərlər