Saytımızı qiymətləndirin


 
 

Həyat yoldaşı qətlə yetirilən məhkəmə sədri vəfat edib
Tarix: 20-12-2021 | Saat: 16:49
Bölmə:Karusel / Kriminal | çapa göndər

Tapdıq Mahmudov

 

Azərbaycanda məhkəmə sədri vəfat edib.

Bakı Şəhər Pirallahı Rayon Məhkəməsinin sədri Tapdıq Mahmudov ötən gün ölüb. O, şəkərli diabet xəstəliyindən əziyyət çəkib.

Qarabaginfo.az xəbər verir ki, Apa-ya Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsindən təsdiqləyiblər.

Qeyd edək ki, 1961-ci il təvəllüdlü T.Mahmudov 2000-2007-ci illərdə Nəsimi Rayon Məhkəməsinin hakimi, 2007-2015-ci illərdə Ali Məhkəmənin hakimi, Hərbi Kollegiyasının sədri, 2015-2021-ci illərdə Gəncə Apelyasiya Məhkəməsinin sədri olub. O, 2021-ci ildən isə Pirallahı Rayon Məhkəməsinin sədri vəzifəsində çalışıb.

Xatırladaq ki, Tapdıq Mahmudovun həyat yoldaşı Natəvan Mahmudova 2010-cu ilin oktyabr ayında Bakının Nizami rayonu, Çobanzadə küçəsindəki evində qətlə yetirilib. 39 yaşlı Natəvan Mahmudova naməlum şəxslər tərəfindən evində xüsusi amansızlıqla öldürülüb. O zaman Tapdıq Mahmudov Ali Məhkəmənin hakimi olub.

Natəvan Mahmudovanı qətlə yetirən 38 yaşlı Xalidə Əhmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.



Xəbəri paylaş

1281 dəfə oxunub.

Digər xəbərlər