Ana Sayfa > Karusel / Kriminal > Həyat yoldaşı qətlə yetirilən məhkəmə sədri vəfat edib
Həyat yoldaşı qətlə yetirilən məhkəmə sədri vəfat edib20-12-2021, 16:49. Yazar: Admin |
Azərbaycanda məhkəmə sədri vəfat edib. Bakı Şəhər Pirallahı Rayon Məhkəməsinin sədri Tapdıq Mahmudov ötən gün ölüb. O, şəkərli diabet xəstəliyindən əziyyət çəkib. Qarabaginfo.az xəbər verir ki, Apa-ya Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsindən təsdiqləyiblər. Qeyd edək ki, 1961-ci il təvəllüdlü T.Mahmudov 2000-2007-ci illərdə Nəsimi Rayon Məhkəməsinin hakimi, 2007-2015-ci illərdə Ali Məhkəmənin hakimi, Hərbi Kollegiyasının sədri, 2015-2021-ci illərdə Gəncə Apelyasiya Məhkəməsinin sədri olub. O, 2021-ci ildən isə Pirallahı Rayon Məhkəməsinin sədri vəzifəsində çalışıb. Xatırladaq ki, Tapdıq Mahmudovun həyat yoldaşı Natəvan Mahmudova 2010-cu ilin oktyabr ayında Bakının Nizami rayonu, Çobanzadə küçəsindəki evində qətlə yetirilib. 39 yaşlı Natəvan Mahmudova naməlum şəxslər tərəfindən evində xüsusi amansızlıqla öldürülüb. O zaman Tapdıq Mahmudov Ali Məhkəmənin hakimi olub. Natəvan Mahmudovanı qətlə yetirən 38 yaşlı Xalidə Əhmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Geri dön |