Saytımızı qiymətləndirin


 
 

İƏT Xarici İşlər Nazirləri Şurası Əfqanıstana dəstəklə bağlı Əmanət Fondunun yaradılması barədə qərar qəbul edib
Tarix: 19-12-2021 | Saat: 16:28
Bölmə:Karusel / Gündəm | çapa göndər

Mövlud Çavuşoğlu Azərbaycan xalqını təbrik edib

“Bizim əvvəlcədən də “Taliban” hökumətinə tövsiyələrimiz vardı. Həm siyasi, həm də etnik olaraq “Taliban”ın əhatəli idarəetməni təmin etməsi, qadın hüquqları, qız uşaqlarının məktəbə getməsi, təhsil və digər tövsiyələrimizin bugünkü iclasda qəbul edilən sənədlərə daxil edilməsinə nail olduq”.
Qarabaginfo.az-ın Türkiyə bürosunun xəbərinə görə, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Əfqanıstandakı humanitar vəziyyətlə bağlı İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Xarici İşlər Nazirləri Şurasının İslamabadda keçirilən fövqəladə iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən bu barədə bildirib.
İclasın əhəmiyyətini vurğulayan M.Çavuşoğlu deyib ki, İƏT-in nəzdində İslam İnkişaf Bankının Əfqanıstana dəstək istiqamətində Əmanət Fondu yaradılıb: “Humanitar yardımlar əfqan qardaşlarımızın gündəlik ehtiyaclarını ödəyir. Odur ki, iqtisadi dəstək baxımdan yaradılan Fondu da Türkiyə olaraq dəstəkləyirik. Hazırda da bu iclas çərçivəsində İslam İnkişaf Bankının Əmanət Fondu yaradıldı. Bu Fond da İƏT-ə üzv ölkələr dəstək verəcək, nağd yardımlar, humanitar yardımlar və digər dəstəklər koordinasiyalı şəkildə idarə olunacaq. Bu işlərə nəzarət edəcək xüsusi nümayəndə hazırda İƏT-ə rəhbərlik edən Sudandan seçilib”.
M.Çavuşoğlu iclas çərçivəsində “Taliban”ın fəaliyyətinin rəsmi olaraq tanınmasının gündəmə gəlmədiyini bildirib: “Taliban”ın bəzi tələbləri oldu, amma bu, onların tanınması anlamına gəlmir”.
İƏT ölkələri xarici işlər nazirlərinin Kabilə səfər edəcəklərini vurğulayan nazir toplantıda Kabil Hava limanının Türkiyə və Qətərlə birgə idarə olunması məsələsinin də müzakirə edildiyini deyib.
M.Çavuşoğlu mart ayında İƏT Xarici İşlər Nazirlər Şurasının Pakistanda növbəti görüşünün keçiriləcəyini bildirib.



Xəbəri paylaş

1226 dəfə oxunub.

Digər xəbərlər