Saytımızı qiymətləndirin


 
 

NATO Baş katibi Rusiya ilə nüfuz dairələrinə dair konfransın keçirilməsinə qarşı çıxıb
Tarix: 19-12-2021 | Saat: 13:57
Bölmə:Karusel / Gündəm | çapa göndər

Yens Stoltenberq, NATO Baş katibi

NATO Baş katibi Yens Stoltenberq Rusiya ilə nüfuz dairələrinin müəyyənləşdirilməsinə dair konfransın keçirilməsi ideyasına qarşı çıxıb.
Qarabaginfo.az-ın Moskva müxbirinin verdiyi məlumata görə, NATO Baş katibi “Journal de Dimanche-ə verdiyi müsahibədə Rusiyanın məlum ideya ilə bağlı təklifini NATO üçün geri addım adlandırıb: “Böyük dövlətlərin qonşularının nə edə və ya edə bilməyəcəyinə nəzarət edə biləcəyi təsir zonalarını yenidən müzakirə edəcəyimiz yeni konfransın keçirilməsi ideyası bizim üçün geri addım olardı və bu, yəqin ki, yanlış istiqamətdir”.
Əvəzində NATO-nun baş katibi Moskva ilə etimadın möhkəmləndirilməsi, silahlara nəzarət, təlimlərin şəffaflığının təmin edilməsi və gərginliyin azaldılması məsələlərini müzakirə etməyin tərəfdarı olduğunu bildirib.
Qeyd edək ki, bundan əvvəl Stoltenberq Ukraynanın NATO-ya üzvlüyü perspektivlərinin müzakirəsi kontekstində Rusiyanın özünün “təsir dairəsi”nə hüququnun olmadığını söyləmişdi.



Xəbəri paylaş

1232 dəfə oxunub.

Digər xəbərlər