Saytımızı qiymətləndirin


 
 

Baş Konsul: “Qarsda qəzada həyatını itirən iki Şərur sakinin cənazəsi Naxçıvana göndəriləcək”
Tarix: 19-12-2021 | Saat: 13:17
Bölmə:Karusel / Gündəm | çapa göndər

Baş Konsul: “Qarsda qəzada həyatını itirən iki Şərur sakinin cənazəsi Naxçıvana göndəriləcək”

“Dekabrın 18-də axşam radələrində Türkiyənin İqdır şəhərindən İstanbul şəhərinə hərəkət edən sərnişin avtobusu qarlı hava şəraiti ilə əlaqədar Qarsın Sarıqamış qəsəbəsində qəzaya uğrayıb. Həmin avtobusda 21 Azərbaycan vətəndaşı olub”.
Bunu Qarabaginfo.az-ın Türkiyə bürosuna Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyev bildirib.
N.Quliyev deyib ki, qəzada Naxçıvan Muxtar Respublikasının Şəruru rayon sakini 2002-ci il təvəllüdlü Qəmər Niyazova və 1961-ci il təvəllüdlü Fazilə İsmayılova vəfat edib: “Vəfat edənlərlə bağlı hüquqi prosedurlar başa çatdıqdan sonra, cənazələr Naxçıvana göndəriləcək”.
Baş konsul deyib ki, avtobusda olan 21 Azərbaycan vətəndaşından 14-ü xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır: “Digər 13-ü tibbi yardım alaraq, evlərinə buraxılıb”.



Xəbəri paylaş

1273 dəfə oxunub.

Digər xəbərlər