Saytımızı qiymətləndirin


 
 

Azərbaycan ərazisindən xarici idman mərc oyunları satıcılarının virtual mühitə çıxışının qarşısı alınacaq
Tarix: 18-12-2021 | Saat: 09:27
Bölmə:Karusel / İdman | çapa göndər

Azərbaycan ərazisindən xarici idman mərc oyunları satıcılarının virtual mühitə çıxışının qarşısı alınacaq

Telekommunikasiya operatoru və provayderləri üçün yeni vəzifə müəyyənləşir.
Qarabaginfo.az xəbər verir ki, bu, "Telekommunikasiya haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, telekommunikasiya operatoru və provayderlərinin vəzifələri sırasına telekommunikasiya xidmətləri vasitəsi ilə qumar oyunlarının təşkili və keçirilməsinin, qumar oyunlarında iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışının təşkili və ya satışı, həmçinin qumar oyunlarında iştirakın, o cümlədən ölkə ərazisindən xarici lotereya təşkilatçılarının və idman mərc oyunları operatorlarının, habelə onların satıcılarının virtual mühitə çıxışlarının qarşısının alınması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada tədbirlər görmək daxil edilir.



Xəbəri paylaş

1255 dəfə oxunub.

Digər xəbərlər