Rusiyanın Sankt-Peterburq şəhərinin Oxta rayonunda naməlum şəxs uşaq bağçasına məktub göndərib.
"Qarabaginfo" rus mətbuatına istinadən xəbər verir ki, o, məktubda bağçanı partlatmaqla hədələyib.
Müəssisədən 98 uşaq və 12 əməkdaş təxliyyə edilib. Polislər əraziyə və binaya baxış keçiriblər. Lakin şübhəli heç nə aşkar edilməyib.
Sözügedən hadisədən sonra ötən gün naməlum şəxs polisə zəng edib və tanışının yaşadığı evi partladacağını söyləyib.
Polis məmurları zəng edən ərazini təyin edib və oraya yollanıblar. Zəng edən şəxsin 58 yaşlı Azərbaycan vətəndaşı olduğu ortaya çıxıb.
Həmvətənimizin Peterburqda qeydiyyatsız yaşadığı və işləmədiyi məlum olub.
Faktla bağlı istintaq başladılıb.