Saytımızı qiymətləndirin


 
 

COVID pasportu olmayan 104 nəfər toylara buraxılmayıb, restoran sahibinə cinayət işi açılıb
Tarix: 15-12-2021 | Saat: 10:28
Bölmə:Karusel / Sosial | çapa göndər

Toylara icaze verile biler —

Dekabrın 14-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 165 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, monitorinq 160 şadlıq sarayında, 5 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 7 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 1 şadlıq sarayının sahibi barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb;
- 104 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.



Xəbəri paylaş

1285 dəfə oxunub.

Digər xəbərlər