Saytımızı qiymətləndirin


 
 

Psaki: “ABŞ Ukrayna ətrafındakı vəziyyətin nizamlanması üçün diplomatik təmasları davam etdirir
Tarix: 14-12-2021 | Saat: 07:56
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Ağ Evin sözçüsü Cen Psaki

ABŞ Ukrayna ətrafındakı vəziyyətin diplomatik yolla nizamlanması üçün bütün kommunikasiyaları, o cümlədən Rusiya ilə açıq saxlayır.

Qarabaginfo.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki mətbuat konfransı zamanı bildirib.

“Biz hər gün diplomatik kanalları açıq saxlamaq, avropalılarla dialoq aparmaq, Ukrayna ilə Rusiya arasında birbaşa təmas yaratmaq və vəziyyətdən diplomatik yolla çıxmaq üzərində işləyirik”, deyə Psaki əlavə edib.

Psaki daha sonra bildirib ki, ABŞ Dövlət katibinin köməkçisi Karen Donfrid bu gün Moskvada yüksək səviyyəli dövlət məmurları ilə görüşəcək. görüşlərdə ABŞ-ın Ukraynanın suverenliyinə həssaslığı vurğulanacaq.

“Bununla yanaşı, bizim milli təhlükəsizlik üzrə mütəxəssislərimiz avropalı tərəfdaşlarımız və müttəfiqlərimizlə hərtərəfli məsləhətləşmələri davam etdirirlər”, deyə Psaki əlavə edib.



Xəbəri paylaş

1224 dəfə oxunub.

Digər xəbərlər