İtaliya martın 1-dən bütün xarici vətəndaşlar üçün karantini ləğv edir
Tarix: 23-02-2022 | Saat: 07:41
Bölmə:Karusel / Dünya | çapa göndər
1361 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 23-02-2022 | Saat: 07:41
Bölmə:Karusel / Dünya | çapa göndər

İtaliyanın səhiyyə naziri Roberto Speranza martın 1-dən ölkəyə daxil olan bütün əcnəbi vətəndaşlar üçün karantin rejiminin ləğv edilməsi barədə fərman imzalayıb.
Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə İtaliya Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bununla da İtaliyaya daxil olmaq üçün peyvənd sertifikatı, sağalma sertifikatı və ya mənfi koronavirus testi kifayət edəcək.
Səhiyyə Nazirliyindən bildirilib ki, göstərilən qətnamədə turizmlə bağlı yeni təlimatlar yoxdur. İndiyədək bir sıra ölkələrdən, o cümlədən İtaliyaya turizm məqsədilə giriş qadağan edilib.
Martın 31-də başa çatan fövqəladə vəziyyətin sonunda bu məhdudiyyətin də aradan qaldırılacağı gözlənilir.
Xəbəri paylaş
Digər xəbərlər
26-09-2026, 19:54
Tramp: Putin və Zelenski bəlkə də qışdan əvvəl razılaşma əldə edəcəklər
22-09-2021, 00:22
Ərdoğan BMT-dən dünyaya səslənib: "Azərbaycan qanuni müdafiə haqqından istifadə edərək, torpaqlarındakı işğala son qoyub"
28-04-2022, 11:21
Azərbaycan qaz hasilatını ARTIRIR
30-10-2025, 13:50
İsrail ordusu Livanda Hizbullah hədəflərinə zərbə endirib
26-02-2025, 17:37
Zülfüqarov Məmmədyarova söz atdı - “Ah, “Rus evi...”
27-06-2026, 07:12
“ABŞ-ın Sirik adasına hücumunun qarşısı alınıb” –SEPAH
















