Saytımızı qiymətləndirin


 
 

Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə "Qanın milliyyəti yoxdur" aksiyası keçirilib
Tarix: 13-12-2021 | Saat: 15:34
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Qanın milliyyəti yoxdur” aksiyası

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyevanın təşəbbüsü ilə "Qanın milliyyəti yoxdur" adlı növbəti donor aksiyası keçirilib.
Qarabaginfo.az-ın Moskva müxbirinin verdiyi məlumata görə, AMOR və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin dəstəyi ilə Qan Mərkəzində baş tutan aksiyada Rusiyada ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Azərbaycan tələbə klubunun sədri Simarə Məmmədova azərbaycanlı gənclərin xeyriyyə məqsədi ilə qanvermə aksiyasında iştirak etdiyini söyləyib: "Məqsədimiz onkoloji və digər ağır xəstəliklərdən, o cümlədən COVID-19-dan əziyyət çəkən xəstələrə yardım etməkdir".

AMOR-un məsul katibi Ceyhun Hüseynov Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən aksiyasının ənənə halını aldığını, il ərzində iki dəfə keçirildiyini vurğulayıb: “Artıq 13 ildir ki, “Qanın milliyyəti yoxdur” qanvermə aksiyası keçirilir. Hər il olduğu kimi azərbaycanlı gənclər bu xeyriyyə aksiyasında fəal iştirak edirlər”.

Qan Mərkəzinin nümayəndəsi həkim-transfuzioloq Tatyana Kirillova AMOR-la uzun müddətdir ki əməkdaşlıq etdiyini bildirib. Aksiyaya görə AMOR rəhbərliyinə təşəkkürünü bildirən T.Kirillova azərbaycanlı gənclərin xeyriyyə aksiyasında iştirakını yüksək qiymətləndirib: “AMOR-un bu aksiyada iştirakı, azərbaycanlı gənclərin fəallıq göstərməsi bizim üçün o qədər xoşdur ki, bu ənənənin uzun illər davam edəcəyinə inanırıq.

Qeyd edək ki, "Qanın milliyyəti yoxdur" aksiyası 3 gün davam edəcək. (report.az)



Xəbəri paylaş

1274 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 08:25Quterreş Bakıdadır