Saytımızı qiymətləndirin


 
 

Qurban Qurbanov: “Torpaqlarımız azad olunduqdan sonra futbolçularımız daha ürəkli mübarizə apardılar”
Tarix: 13-12-2021 | Saat: 14:01
Bölmə:Karusel / Gündəm | çapa göndər

Qurban Qurbanov - Vikisitat

“Bütün qalibləri təbrik edirəm, idmançılarımıza qarşıdakı yarışlarda uğurlar arzulayıram”.

Qarabaginfo.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İdman Araşdırmalar Mərkəzi (İAM) tərəfindən təşkil edilən “İlin Qalibləri-2021” layihəsi zamanı deyib. 7-ci dəfə ilin ən yaxşı baş məşqçisi mükafatına layiq görülən Qurbanovun təəssüratları belə olub: “Dəfələrlə demişəm ki, bizim üstünlüyümüz o olmalıdır ki, daha çox öz işimizlə məşğul olaq, futbolçularımızın idman formalarını yaxşılaşdıraq, xalqımıza xidmət edək. Buna görə komandam haqda çox fikir bildirmək istəməzdim. Hər birinizə təşəkkür edirəm ki, komandamı qalib seçdiniz. Hər dəfə çalışdıq ki, mübarizə aparaq. Amma həmişə narahat idik. Amma torpaqlarımız işğaldan azad olunduqdan sonra futbolçularımız meydanda daha ürəkli mübarizə apardılar”.



Xəbəri paylaş

1266 dəfə oxunub.

Digər xəbərlər