Saytımızı qiymətləndirin


 
 

Leonid Slutski: "Qarabağ postsovet məkanından kənarda çiçəklənən ərazilərdən biri olacaq"
Tarix: 11-12-2021 | Saat: 08:42
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Leonid Slutski: Qarabağ postsovet məkanından kənarda çiçəklənən ərazilərdən biri olacaq

“Prezident İlham Əliyevin siyasəti sayəsində bu gün Azərbaycanın çiçəklənən iqtisadiyyatı var. O, bütün postsovet məkanından kənarda elm və texnologiya sahəsində firavan ərazilərdən birinə çevriləcək Qarabağın qanayan problemini övladlarının və nəvələrinin öhdəsinə buraxmayıb. İndi daha sadə və daha aktual məsələlər var ki, onlar uğurla həll olunmağa başlayıb”.

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər komitəsinin rəhbəri Leonid Slutski deyib.

L.Slutskinin sözlərinə görə, Azərbaycan bir daha dünya ictimaiyyətinə ən çətin və qeyri-standart vəzifələrin həllinə qadir olduğunu nümayiş etdirib: “Azərbaycan Heydər Əliyevdən sonra bir çox mühüm layihələr həyata keçirib: - Avropa Olimpiya Oyunları, Bakı Humanitar Forumu və s. Elm və ali təhsil ocaqları həmçinin tibb və mədəniyyət çiçəklənir. Əsrlər keçəcək, amma Azərbaycana rəhbərlik edənlər fəxr edəcəklər ki, bu ölkə onların Vətənidir”.

“Bu gün Rusiya və Azərbaycanı bir çox sahələrdə sıx əməkdaşlıq əlaqələri birləşdirir. Rusiya üçün Azərbaycandan etibarlı tərəfdaş yoxdur. Həm də təkcə postsovet məkanında deyil. Fəxr edirəm və xoşbəxtəm ki, Azərbaycan Prezidentinin dostuyam.

Biz çox maraqlı problemləri birlikdə həll etmişik. O cümlədən, Avropa Şurası meydanında İlham Heydər oğlu Milli Məclisin nümayəndə heyətinə rəhbərlik edərkən çoxlarına sübut edildi ki, Azərbaycan və Rusiya ilə bağlı faktların təhrif edilməsinin heç bir faydası yoxdur", - deputat vurğulayıb.(Report)



Xəbəri paylaş

1294 dəfə oxunub.

Digər xəbərlər