Tarix: 09-12-2021 | Saat: 11:05
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Koronavirus, pandemiya hansı hiyləgər, məkirli siyasətin və insanlığa qarşı münasibətin göstəricisi olduğunu hələ də özüm üçün aydınlaşdıra bilmirəm”.
Qarabaginfo.az-ın xəbərinə görə, bu fikirləri Modern.az -a açıqlamasında Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı bildirib.
O koronavirusdan qorunmaq üçün iki dəfə Çin istehsalı olan “Sinovac”, 3 -cu dəfə isə Almaniya istehsalı olan “Pfizer” peyvəndi vurdurduğunu qeyd edib.
“Peyvənd olunmağı zəruri hesab edirəm. Ailə üzvlərindən, oğul, qız, nəvələr yoluxandan sonra axırda Tənzilə xanım da virusa yoluxdu. Bir həftədir Mərkəzi Gömrük Hospitalında həkim nəzarətindədir. Vəziyyəti artıq yaxşıdır”.
Xalq şairi Tənzilə xanımın özünü qorduğunu, lakin son günlər Türkiyəyə səfər və bir sıra görüşlərdən sonra koronavirusa yoluxduğunu qeyd edib:
“Özü bilir kim tərəfindən virusa yoluxub. Adamlar çox təkid, israrala yanına gəlirlər. Sonra məlum olur ki, xəstə ola-ola vicdansızcasına gəlib, başqalarını da yoluxdurur”.
Qeyd edək ki, koronavirusa yoluxmuş Tənzilə Rüstəmxanlı iki dəfə Çin istehsalı olan “Sinovac” peyvəndi vurdurub.
Sabir Rüstəmxanlı isə hələ ki özünü qoruya bilib və yoluxmaya yaxalanmayıb.
Digər xəbərlər