Saytımızı qiymətləndirin


 
 

Bayramovla Çavuşoğlu arasında telefon danışığı - DETALLAR + YENİLƏNİB
Tarix: 08-12-2021 | Saat: 16:32
Bölmə:Karusel / Siyasət | çapa göndər

Bayramovla Çavuşoğlu arasında telefon danışığı – DETALLAR + YENİLƏNİB

 

Bu gün xarici işlər naziri Ceyhun Bayramovun türkiyə həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığı baş tutub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, nazirlər bölgədə mövcud olan son vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər. Bölgə ölkələrinin iştirakı ilə 3+3 formatında əməkdaşlıq platformasının həyata keçirilməsi üzrə fikir mübadiləsi aparılıb.

Nazirlər, həmçinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin Pakistanda keçirilməsi nəzərdə tutulan növbədənkənar görüşü ilə bağlı fikir mübadiləsi aparıblar.



Xəbəri paylaş

289 dəfə oxunub.

Digər xəbərlər