Tarix: 05-08-2021 | Saat: 15:13
Bölmə:Karusel / Gündəm / Siyasət | çapa göndər
İranın yeni prezidenti İbrahim Rəisi Azərbaycan-Ermənistan sərhədindəki gərginliyə münasibət bildirib.
Qarabaginfo.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Rəisi bu barədə andiçmə mərasimindən öncə, Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edən zaman açıqlama verib.
“Bölgədə sülhün qorunması İran üçün böyük önəm kəsb edir və bütün məsələləri danışıqlar yolu ilə həll etmək lazımdır”,- deyə Rəisi Ermənistanın Basarkeçər və Azərbaycanın Kəlbəcər rayonunun sərhədində baş verənlərdən söz açıb.
Tərəflər Avrasiya İqtisadi Birliyi ilə İranın Mehri şəhərində yaratmağı planlaşdırdığı azad ticarət zonası barədə müzakirə aparıblar.
Rəisi Paşinyanın Ermənistana səfər etməsi barədə dəvətini qəbul edib.
Xatırladaq ki, Kəlbəcər rayonu istiqamətində Ermənistan tərəfinin törətdiyi təxribatçı addımlar insan itkisinə səbəb olub.
Digər xəbərlər