Saytımızı qiymətləndirin


 
 

Bakıda Beynəlxalq Bankçılıq Forumu keçirilir
Tarix: 08-12-2021 | Saat: 10:16
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

Bakı

 

Bakıda V Beynəlxalq Bankçılıq Forumu işə başlayıb.

Qarabaginfo.az xəbər verir ki, iki gün davam edəcək tədbirin məqsədi iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı təşəbbüslərin və qarşıdakı çağırışların, rəqəmsallaşma, maliyyə texnologiyalarına dair mövcud vəziyyət, yeni və gələcək trendlərin, müasir bank məhsullarının, komplayns sahəsindəki yeniliklər və risklərin, həmçinin sadalananların mövcud hüquqi çərçivəyə uyğunluğu və adaptasiyası imkanlarının, bu proseslərin bankların maliyyə dayanıqlığının daha da gücləndirilməsinə təsiri məsələlərinin, eləcə də digər əlaqədar mövzuların müzakirə edildiyi platforma olmaqdır.

Forum maliyyə-bank sahəsində tənzimləyici və nəzarət orqanlarının rəhbərlərini, kommersiya banklarının və maliyyə sektorunun digər iştirakçılarının yuxarı menecmentini, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərlərini, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, maliyyə və bankçılıq sahəsinə aid məhsul və xidmətlər təklif edən xarici və yerli şirkətlərdən iştirakçıların və digər maraqlı tərəflərin bir araya toplayıb.(Apa)



Xəbəri paylaş

1287 dəfə oxunub.

Digər xəbərlər