Saytımızı qiymətləndirin


 
 

Əliyev Paşinyandan dəhliz tələb edir - “Brüssel görüşündən sonra güc ssenarisi aktuallaşa bilər”
Tarix: 08-12-2021 | Saat: 08:50
Bölmə:Karusel / Region | çapa göndər

Əliyev Paşinyandan dəhliz tələb edir – “Brüssel görüşündən sonra güc ssenarisi aktuallaşa bilər”

Əliyev Zəngəzur dəhlizi ilə bağlı Ermənistandan vaxt istəyir: “Bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və bu halda, heç bir problem olmayacaq”.

Qarabaginfo.az xəbər verir ki, mövzunu konkret.az-a şərh edən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Prezidentin vaxt istəyi 11 yanvar 2021-ci il Moskva bəyanatına əsaslanır: “Moskva bəyanatının 4-cü bəndinə əsasən, üçtərəfli İşçi Qrupu Zəngəzur dəhlizi də daxil olmaqla bütün kommunikasiyanın açılması qrafikini 1 mart tarixinə qədər hazırlamalı və liderlər tərəfindən təsdiq olunmalı idi. Ermənistanın uzatdığı proses 26 noyabrda Soçi görüşündə şifahi qaydada razılaşdırıldı. İşçi Qrupu Moskva görüşündə texniki məsələlərə yekun vurmalı və imzalar atılmalı idi, lakin İrəvan yenə oyunu pozmağa çalışır. Ermənistan rəsmilərinin İşçi Qrupunun razılıq əldə edə bilməməsi ilə bağlı açıqlamalarından iki nəticə çıxır:

1. Qrafiklə bağlı 10 noyabr və 11 yanvar bəyanatlarına istinadən ayrı sənədin imzalanması gündəmdədir;

2. Bakı bu sənədə “dəhliz” ifadəsini daxil etməyi tələb edir;

İrəvanın sənədə imza atmaqdan imtina etməsinin də səbəbi budur. Hərçənd Soçi görüşündə Putin, Əliyev və Paşinyan bu məsələdə razılaşmışdı. Putinin və Əliyevin açıqlamaları da bu yöndə idi”.

POLİTOLOQ ASİF NƏRİMANLI: SƏRHƏDDƏ TƏXRİBATLAR GÖZLƏNİLƏN İDİ

Asif Nərimanlının sözlərinə görə. Paşinyanın Soçidə niyə şifahi razılaşıb, daha sonar imtina etməyə çalışmasının bir neçə cavabı var: “Birincisi, qrafik, yəni Əliyevin də dediyi kimi, Zəngəzur dəhlizinin açılmasının vaxtı ilə bağlı texniki məsələlərin həlli zərurəti ola bilər. Daha doğrusu Nikol bunu əsas gətirərək, Soçi razılaşmasına qrafikin daxil edilməsinə qarşı çıxıb və məsələ İşçi Qrupunun iclasına saxlanılıb. İkincisi Paşinyan dəhlizin daxil ediləcəyi sənədə özü imza atmaq istəmir. Məsələni İşçi Qrupuna saxlamaqla müavini Qriqoryanın imzalamasını istəyir. Bununla həm tarixi məsuliyyəti bölüşdürmək, həm də daxildə fors-major situasiya yaranacağı təqdirdə, müavinini cəzalandırmaqla vəziyyətdən çıxa bilmək variantını özündə saxlayır. Üçüncüsü 15 dekabr Brüssel görüşündən müəyyən dəstək qazanmaq və Avropa masasında Bakıya qarşı üstünlük əldə etmək ehtimalını nəzərə alır”.

Siyasi şərhçinin fikrincə Əliyevin xəbərdarlığı onu deməyə əsas verir ki:

– Bakı qrafikin təsdiqlənməsində və həmin sənədə “dəhliz” ifadəsinin daxil edilməsində israrlıdır;

– Əks təqdirdə, Ermənistan buna məcbur qalacaq;

Prezident bu sözləri Ermənistan rəhbərliyi ilə yanaşı, erməni xalqına da ünvanlayıb. Bu, erməni əhalisinə baş verə biləcək hadisələrdə günahkarın daxildə axtarılması mesajıdır.Və ən mühüm məqamlardan biri Əliyevin bunu Brüssel görüşündən öncə bəyan etməsidir. Bakı Avropa masasında şərtlərini dəyişdirməyəcək. Brüssel görüşündən sonra Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi də məlum olacaq və böyük ehtimala güc ssenarisi aktuallaşa bilər”.



Xəbəri paylaş

1335 dəfə oxunub.

Digər xəbərlər