Saytımızı qiymətləndirin


 
 

Ağdam Sənaye Parkına investorların cəlb olunması istiqamətində dörd müəssisə ilə danışıqlar başa çatır
Tarix: 06-12-2021 | Saat: 11:37
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Sahib Ələkbərov: Dövlət büdcəsinə proqnozdan 415 mln. manat artıq vəsait daxil edilib (FOTO)

Ağdam Sənaye Parkının layihələndirmə işləri və potensial investorların cəlb olunması istiqamətində dörd müəssisə ilə aparılan danışıqlar başa çatmaq üzrədir.

Qarabaginfo.az xəbər verir ki, bunu “İşğaldan azad olunmuş ərazilərin innovativ inkişaf imkanları” mövzusunda Şamaxı rayonunda təşkil olunan konfransda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, Ağdam Sənaye Parkı əlverişli coğrafi mövqeyi, dayanıqlı inkişaf imkanları, gələcəkdə yük axınlarının istiqamətləri və digər mühüm logistika potensialının mövcudluğu nəzərə alınaraq yaradılıb.

“Ağdam Sənaye Parkında sosial zonanın təşkili yekunlaşıb. Burada rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, aptek, mağaza və yeməkxana yaradılıb, əraziyə asfalt yol, su xətti çəkilib, işıqlandırmada günəş enerjisindən qidalanan panellərdən istifadə edilir”, - deyə S. Ələkbərov qeyd edib.(Apa)



Xəbəri paylaş

1250 dəfə oxunub.

Digər xəbərlər