Saytımızı qiymətləndirin


 
 

Ermənistanda seçkilərdə ciddi qanun pozuntuları qeydə alınıb
Tarix: 05-12-2021 | Saat: 15:22
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ermənistanda əhalinin sayı azalıb

Ermənistanın Araqatsotn vilayətinin Aparan icmasında yerli özünüidarə orqanlarına seçkilərdə bir sıra ciddi nöqsanlar aşkarlanıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Aravot.am” məlumat yayıb.

Məlumata görə, artıq səsvermənin başlanmasından təxminən 2 saat sonra seçicilərin şəxsiyyət vəsiqələrindən əlavə arayışla bağlı problemlərinin ortaya çıxması barədə məlumatlar daxil olub.

Məsələn, vətəndaşlardan biri özü ilə hərbi komissarlıqdan qeydiyyat vərəqəsini götürməyi unudaraq pasport qeydiyyatı şöbəsinə getdiyini bildirib. Pasport qeydiyyatı şöbəsinin əməkdaşı həmin şəxsin indiki mer Karen Yeqiazaryanı seçəcəyini bildiyi üçün “Yaxşı, get, bazar ertəsi gələrsən”, - deyib.

“Yeri gəlmişkən, qeyd edək ki, şəhərdə çoxlu sayda xüsusi təyinatlı polis bölmələri fəaliyyət göstərir, yəqin ki, yerli özünüidarəetmə orqanlarına son seçkilər zamanı olduğu kimi, hakimiyyət üçün qorxu mühiti səpmək və istənilən nəticəni təmin etmək üçün”, - “Aravot.am” vurğulayıb.

Qeyd edilir ki, xüsusi təyinatlılar hazırkı mer Karen Yeqiazaryana məxsus “Qntunik” satış mərkəzində alış-veriş etmələri də simvolik xarakter daşıyır.

Yeri gəlmişkən, Vanadzor meri Aram Xaçatryanın da seçki kampaniyası zamanı xidməti avtomobildən yararlanması barədə ölkə mətbuatında məlumatlar yayılıb.

Eyni zamanda hakim "Vətəndaş müqaviləsi" Partiyasını Milli Məclisdə təmsil edən deputatı Rüstəm Bakoyan Tlik icmasının rəhbəri Slavik Saloyanı təhqir edərək hədələyib. İcmada öz namizədi olan Dövlət Dumasının deputatı S.Saloyana təzyiq göstərməyə çalışıb. Bakoyan hətta dəstək üçün kriminal avtoritetlərə müraciət edib.

Qeyd edək ki, bu gün Ermənistanın 7 rayonunda yerli özünüidarə orqanlarına seçkilər keçirilir. Mərkəzi Seçki Kampaniyasının saat 11:00-ə olan məlumatına görə, seicilərin cəmi 6,15 faizi seçkilərdə iştirak edib.

Bütün bunlar seçkilərin qanun pozuntuları, prosesə ciddi müdaxilə şəraitində keçdiyini göstərir.



Xəbəri paylaş

1254 dəfə oxunub.

Digər xəbərlər