Tarix: 05-12-2021 | Saat: 11:02
Bölmə:Karusel / Siyasət / Region | çapa göndər
Qarabaginfo.az xəbər verir ki, bununla bağlı təhlilində IRNA agentliyi administrasiya rəhbərinin xarici siyasət sahəsində gördüyü işlərin hesabatını yayımlayıb.
Hesabatda Azərbaycan Respublikası ilə əlaqələrin vəziyyəti də qeyd olunur:
"Ötən il Azərbaycan Respublikası təxminən 30 il əvvəl Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazilərini 44 günlük müharibə nəticəsində azad edə bilib. Bununla belə, bu region hələ də böhran və gərginliyə meyllidir, xüsusən də bəzi regiondan kənar qüvvələrin və sionist rejimin (İsrail - red.) dağıdıcı rolu ilə böhranın hər an bu bölgədə yayılması mümkündür.
İrəvan və Bakının fikir ayrılığına düşdüyü məsələlərdən biri də Azərbaycan Respublikası ilə Naxçıvan, digər tərəfdən, Ermənistanla Xankəndi bölgəsi (sülhməramlıların nəzarətində olan ərazi - red.) arasındakı münasibətlərdir. Bu vəziyyətdən çıxmaq üçün müxtəlif həll yolları təklif edilib.Lakin iki ölkə arasında atəşkəs müddəalarının verdiyi şərhlər ölkənin şimal-qərb sərhədlərində anlaşılmazlıqlara səbəb olub. İran İslam Respublikası hər zaman ölkələrin ərazi bütövlüyünün qorunub saxlanması və ölkələrin beynəlxalq sərhədlərinin dəyişdirilməməsi kimi əsas prinsip və qaydaları vurğulayır. Bütün son illərdə İran işğal etdiyi ərazilərin azad edilməsinin vacibliyini vurğulayır və eyni zamanda, beynəlxalq sərhədlərin dəyişdirilməməsi bu müddət ərzində Tehranın mövqeyinin daimi hissəsi olub".
Təhlildə daha sonra qeyd olunur:
"Bu gün deyə bilərik ki, bu anlaşılmazlıqların çoxu aradan qaldırılıb.
...13-cü hökumət regional münasibətləri və qonşuluq siyasəti strategiyasını gücləndirmək məqsədilə İƏT-in bu yaxınlarda Türkmənistanın paytaxtı Aşqabadda keçirilən keçirilən toplantısında fəal iştirak edib. Sammitdə iştirak edən liderlərlə görüş, Türkmənistan və Azərbaycan Respublikası ilə qaz mübadiləsi sazişinin bağlanması şimal sərhədlərində yaxşı inkişaflar vəd edir.
İbrahim Rəisinin səfəri zamanı Türkmənistanla qaz mübahisəsinin bir hissəsi həll olunub və qaz mübadiləsi sazişinin bağlanması ilə rahatlıq mühiti yaradılıb. Eyni zamanda, bu cür razılaşmalar ölkənin şimal sərhədlərində inkişafa və sabitliyə səbəb ola bilər". (yenisabah)
Digər xəbərlər