Saytımızı qiymətləndirin


 
 

“Rusiya nəinki SSRİ-ni bərpa edəcək, hətta özü parçalanacaq” – ŞOK AÇIQLAMA
Tarix: 22-11-2021 | Saat: 14:23
Bölmə:Karusel / Region | çapa göndər

Bir neçə gün öncə keçirdiyi kollegial iclasda 16 noyabr 2021-ci ildə Ermənistan-Azərbaycan sərhəddinin Kəlbəcər rayonu hissəsində baş verən atəşkəs pozulmasına münasibət bildirən Vladimir Putin rus qoşunlarının sərhəddə gətrilməsinə ehtiyac olduğunu deyib.

Qarabaginfo.az xəbər verir ki, mövzunu konkret.az-a şərh edən politoloq Samir Hümbətov deyir ki, Putinin söylədiyi fikirlərlə bağlı təhlil apararkən belə qənaətə gəlmək olur ki, 16 noyabr 2021-ci ildə Ermənistan-Azərbaycan sərhəddində baş verən atəşkəs pozuntusunun arxasında Rusiya və Ermənistana bağlı olan qüvvələrin əli var: “Rusiya bu addımı atmaqla tərəfləri provakasiyaya çəkmək və öz qoşunlarını sərhəddə gətirmək niyyətində olduğunu göstərir. Həmçinin bu addımı atmaqla özünü Cənubi Qafqazda möhkəmləndirmək siyasətini güdür. 4 noyabr 2021-ci ildə Rusiya prezidenti Vladimir Putinlə Belarus lideri Aleksand Lukaşenko arasında “Yeni İttifaq Dövləti”nin yaradılması ilə bağlı 28 maddəlik anlaşma imzalanıb və işlər plan üzrə davam edərsə, o zaman 2025 və yaxud 2027-ci ilə qədər tərəflər ittifaq halında birləşmək niyyətində görünürlər. Rusiyanın rəsmi dairələrində məsələ ilə bağlı hansısa şərh gəlməsə də, siyasi analitiklər bu addımı SSRİ-nin bərpası kimi qiymətləndirməyə çalışırlar. Təbii ki, deyilən fikirləri nəzərə alsaq, o zaman Rusiyanın son vaxtlar Cənubi Qafqazda və Ukraynada niyə belə fəallaşdığının səbəbini öyrənmək çətin deyil”.

Səudiyyə krallığı ilə Ermənistan arasında yaxınlaşma hiss edilməkdədir - SAMİR HÜMBƏTOV

Politoloq əlavə edib ki, artıq qərb mətbuatında Rusiyanın Ukraynaya hücum edəcəyi ilə bağlı məlumatlar yer almaqdadır: “Ukraynalı rəsmilər Rusyanın qarşısını almaqdan ötrü qərbdən, xüsusilə də ABŞ-dan yardım istəyir. Bütün bu hadisələrin fonunda Rusiyanın hədəfə çatması mümkün görünürmü sualına cavab olaraq qeyd etmək olar ki, Rusiya üçün SSRİ-nin bərpası fikri vacib olsa da, indiki beynəlxalq mühit əlverişli görünmür. Belə davam etsə Rusiya nəinki SSRİ-ni bərpa edəcək, hətta özü parçalanmaya doğru gedəcək”.

Samir Hümbətovun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın 15 dekabr 2021-ci ildə Avropa Birliyinin vasitəçiliyi ilə Azərbaycan lideri İlham Əliyevlə görüşmək niyyətini məhz Rusiyanın təsirlərindən çıxıb qərbin dəstəyi ilə hərəkət etmək çəhdi kimi də dəyərləndirmək olar: “Beynəlxalq vəziyyət onu deməyə əsas verir ki, Rusiya üçün heç də yaxşı günlər görünmür. Mərkəzi Asiyada Çinlə, Cənubi Qafqazda Türkiyə ilə, Ukraynada qərblə mübarizə aparmaq, üstəlik də ciddi sanksiyalar altında olmaq Rusiyanı və onun iqtisadiyyatını uçuruma aparır. Nəhayət, Rusiyanın Qarabağda və Ermənistan-Azərbaycan dövlət sərhəddində baş verən təxribatlarda, eləcə də Ukraynaya hücum məsələsində pərdə arxasında oynamaq cəhdləri də hər kəs tərəfindən daha aydın şəkildə görünür”.



Xəbəri paylaş

1349 dəfə oxunub.

Digər xəbərlər