Saytımızı qiymətləndirin


 
 

Qarabağın minalardan təmizlənməsi Britaniyanın diqqət mərkəzindədir
Tarix: 15-11-2021 | Saat: 15:38
Bölmə:Karusel / Siyasət | çapa göndər

Qarabağın minalardan təmizlənməsi Britaniyanın diqqət mərkəzindədir


Britaniya parlamentinin Lordlar Palatasının üzvü Lord Deyvid Evans Britaniya hökumətinə ölkəsinin Azərbaycanın minalardan təmizləmə üzrə səylərinə bugünədək necə dəstək verdiyi, eləcə də bundan sonra hansı əlavə dəstəyi göstərəcəyi ilə bağlı yazılı sual ünvanlayıb.

Bu barədə Qarabaginfo.az-a Azərbaycanın Böyük Britaniyadakı Səfirliyindən məlumat verilib.

Britaniya Xarici İşlər və İnkişaf nazirinin müavini Lord Qoldsmit parlamentarinin sualını cavablandırıb.

“Britaniyanın Azərbaycana minalar məsələsi ilə bağlı nə cür dəstək göstərə biləcəyinin müəyyən edilməsi üçün 2021-ci ilin iyun ayında Britaniyanın Müdafiə Nazirliyi Azərbaycana partlayıcı silahlarla mübarizə üzrə mütəxəssis göndərib. Sentyabr ayında isə Britaniya XİN-in Avropa qonşuluğu və Amerika regionu üzrə dövlət naziri xanım Vendi Morton regionda mövcud mina probleminin aradan qaldırılması istiqamətində zəruri addımların atıla bilməsi üçün ölkəsinin BMT-nin İnkişaf Proqramına 500 000 funt sterlinq maliyyə yardımı ayırdığını elan edib. Bəhs olunan maliyyə vəsaiti Azərbaycanda minalardan təmizləmə işlərinə dəstək vermək məqsədi ilə bu sahə üzrə təlimlərin keçirilməsi və mütəxəssislərin cəlb edilməsinə xərclənəcək”. Britaniyalı parlamentarinin sualı, eləcə də XİN rəsmisinin cavabı Britaniya parlamentinin rəsmi internet səhifəsinə yerləşdirilib.(Report)



Xəbəri paylaş

1258 dəfə oxunub.

Digər xəbərlər