Saytımızı qiymətləndirin


 
 

3-cü dozadan sonra yoluxanlar - Peyvənd QORUMUR
Tarix: 11-11-2021 | Saat: 14:10
Bölmə:Karusel / Sosial | çapa göndər

Hazırda dünyanın bir çox ölkəsində koronavirusa qarşı 3-cü dozanın tətbiqinə başlanılıb. Amerikada aparılan araşdırmalar zamanı məlum olub ki, buster dozanın ilkin dozalardan 6 ay keçmiş və 65-dan yuxarı yaş həddi olan insanlara, 18-dən yuxarı yaş həddində isə yan xəstəlikləri mövcud, yüksək risk şəraitində yaşayan və ya işləyən şəxslərə vurulmalıdır.

 

Böyük Britaniyanın Milli Səhiyyə Xidmətindən bildirilir ki, 50-dən yuxarı yaş həddi üçün, yaşı 16-dan yuxarı yüksək risk qrupları, həmçinin yüksək risk şəraitində yaşayan və ya işləyən şəxslər buster doza qəbul edə bilərlər. İsraildə isə 3-cü doza yaşı 60-dan yuxarı vətəndaşlarla yanaşı, yaşı 12-dən yuxarı şəxslərə də tətbiq olunur.

 Tədqiqatlara əsasən, 3-cü doza almış yaşı 60-dan yuxarı şəxslərdə yoluxmadan qorunma 11 dəfə, ağırlaşmalardan qorunma isə 19 dəfə artıb. Buster dozanın müsbət nəticəsi daha çox yaşı 65-dən yuxarı olan şəxslər qrupunda qeydə alınıb.

 Artıq uzun müddətdir ki, ölkədə 3 doza peyvendlənmə prossesinə start verilib. Koronavirusa qarşı buster peyvəndi qəbul edənlər arasında virusa yoluxma hallarında son günlər artım müşahidə edilir. Peyvəndlənənlər iddia edir ki, məhz peyvənd vurulduqdan sonra özlərində yüksək hərarət, güclü baş ağırları, tərləmə və s. koronavirusa xas əlamətlər müşahidə ediblər.

 Həkim-radioloq Aydın Əliyev Qarabaqinfo.az-a bildirib ki, 3 dozadan sonra insanlar arasında yoluxmanın artmasında heç bir narahatlığa əsas yoxdur və peyvənd yoluxmanın qarşısını almır:

 

 

 

“Peyvənd xəstəliyi yüngül keçirməyə kömək edir. 3 dozadan sonra yoluxma ola bilər. Peyvəndin əsas məqsədi ağırlaşmanın qarşısını almaqdır, yoluxmanın yox”.

 Həkim A.Əliyev bütün bunlara baxmayaraq, virusa qarşı qorunma tədbirlərinə diqqət yetirməyi xüsusi olaraq qeyd edir:

 Bildiyimiz qorunma qaydalarına əməl etməliyik. Praktika göstərir ki, koronavirusa yoluxub ağır keçirdənlər arasında peyvənd olunmayanların sayı daha çoxdur”.

 Xatırladaq ki, indiyədək Azərbaycanda 497 197 nəfər peyvəndin 3-cü dozasını qəbul edib.



Xəbəri paylaş

1249 dəfə oxunub.

Digər xəbərlər