Tarix: 10-11-2021 | Saat: 18:59
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bakı şəhər Dövlət Yol Polis İdarəsi küləkli hava şəraiti əlaqədar sürücülərə və piyadalara xəbərdarlıq edib.
İdarədən Qarabaginfo.az-a verilən məlumatda bildirilib ki, paytaxt ərazisində küləyin sürətinin normadan artıq olması sürücülər və hərəkat iştirakçıları üçün təhlükəli vəziyyət yaradır:
"Küləkli hava şəraiti ilə əlaqədar sürücülərə son dərəcə ehtiyyatlı olmalarını, təhülkəsizlik qaydalarına daha da ciddi əməl etmələrini, avtomobillərini hündür mərtəbəli binaların, ağacların altında saxlamamalarını tövsiyyə edirik. Piyadalardan isə açıq hava şəraitində hərəkətlərinin mümkün qədər məhdudlaşdırmalarını xahiş edirik".
Həmçinin məlumatda qeyd edilib ki, velosiped, moped, motosiklet tipli nəqliyyat vasitələrindən istifadə etməmək tövsiyyə olunur.
Digər xəbərlər