"Qarabaginfo" xəbər verir ki, bunu "Azərbaycanda İnsan Kapitalı üzrə Forum"da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
O bildirib ki, hazırda bütün yerli icra hakimiyyətlərinin başçılarının müavinlərindən biri qadındır: "Hər bir dövlət qurumda gender üzrə məsul şəxslər mövcuddur".
H.Hüseynovanın sözlərinə görə, Azərbaycanda çox güclü qadın siyasəti həyata keçirilir: "Qanunlar kişi və qadınların dövlətin idarə olunmasında, bərabər təmsilçiliyə, ayrıseçkiliyin bütün formalarının aradan qaldırılmasına təminat verir".