Saytımızı qiymətləndirin


 
 

ABŞ-da Zəfər Günü münasibətilə avtoyürüş keçiriləcək
Tarix: 06-11-2021 | Saat: 20:47
Bölmə:Karusel / Siyasət | çapa göndər

Azərbaycanın Qarabağda qazandığı böyük qələbənin birinci ildönümü - 8 Noyabr Zəfər Günü münasibətilə ABŞ-ın Nyu-York ştatında avtoyürüş keçiriləcək.

Qarabaginfo.az xəbər verir ki, avtoyürüş Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə təşkil olunacaq. Yürüşdə Azərbaycan bayraqları ilə bəzədilmiş avtomobillər Nyu-Yorkun mərkəzi meydan və küçələrində dövrə vuracaq. Şəhərin Bruklin əyalətindən başlayacaq avtoyürüşün Manhattan adasında sona çatacağı planlaşdırılır. Avtoyürüşə Nyu-York polisi bələdçilik edəcək.

Aksiya iştirakçıları tarixi Bruklin körpüsündə “Yallı” rəqsi oynayacaqlar. Yürüşün sonunda Nyu-Yorkda turistlərin ən çox ziyarət etdiyi küçələrdən birində - “Wall Street”də yerləşən “Bowling Green” parkında nəhəng Azərbaycan bayrağı qaldırılacaq.



Xəbəri paylaş

1244 dəfə oxunub.

Digər xəbərlər