Saytımızı qiymətləndirin


 
 

Putinin gizli qərarları üzə çıxdı –MKİ rəhbərinin Moskva səfərindən sonra 3 fərman
Tarix: 26-08-2026 | Saat: 10:26
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Rusiya KİV-lərində MKİ direktorunun Moskvaya ehtimal olunan səfərindən sonra Vladimir Putinin qeyri-adi fəallığı barədə məlumat yayılıb.

The Moscow Times-ın məlumatına görə, bu görüşdən sonra Rusiya Prezidenti Vladimir Putin dərhal üç məxfi fərman imzalayıb.

Bildirilir ki, Putin iş qrafikini də dəyişib və amerikalı rəsmi ilə görüş keçirmək üçün planlaşdırılan tədbirlərdən birini ləğv edib. Mümkün danışıqların detalları rəsmi şəkildə açıqlanmayıb.

Daha əvvəl KİV-lər MKİ direktorunun Moskvaya elan olunmamış səfər etdiyini yazmışdı. Onun Rusiya rəhbərliyi ilə təmaslarının xarakteri barədə isə hələlik rəsmi təsdiq yoxdur.

Ukrayna Telegram kanallarının məlumatına görə, MKİ direktorunun Moskvaya səfəri ABŞ-ın Ukraynadakı müharibənin gedişinə təsir göstərmək cəhdləri ilə bağlı ola bilər.

Ehtimal olunur ki, Vaşinqton Kremlə özünün “qırmızı xətlərini” çatdırmağa və daha genişmiqyaslı qarşıdurmaya səbəb ola biləcək eskalasiyanın qarşısını almağa çalışır.

Qapalı danışıqların mövzularından birinin döyüş əməliyyatlarının intensivliyinin azaldılması ola biləcəyi bildirilir. İddialara görə, ABŞ tərəfi Moskva ilə gələcək deeskalasiyanın əsasını təşkil edə biləcək bir sıra konkret tədbirləri müzakirə edir.

Mümkün təkliflər arasında kritik enerji infrastrukturuna zərbələrdən qarşılıqlı imtina, Ukrayna və Rusiyanın liman obyektlərinə hücumların dayandırılması, həmçinin Xarkov və Sumı vilayətlərində atəşkəs rejiminin tətbiqi göstərilir.

Bununla yanaşı, səfərin mümkün gündəliyi yalnız Ukraynadakı müharibə ilə məhdudlaşmaya bilər. Ukrayna Telegram kanallarının istinad etdiyi məlumatlara əsasən, ABŞ kəşfiyyatı Rusiyanın yeni səfərbərliyə hazırlaşması və NATO ilə birbaşa qarşıdurma ssenarilərinin mümkünlüyünü nəzərdən keçirməsi barədə məlumat əldə edib.

Jurnalist Maykl Vays iddia edir ki, MKİ direktoru Vladimir Putinə Vaşinqtonun sərt mesajını çatdırmalıdır. Bu mesajda Rusiyadan Avropa ölkələrinə və NATO dövlətlərinə qarşı mümkün hərbi təcavüz planlarından imtina etmək tələb olunur.

Hazırkı səfəri MKİ-nin keçmiş direktoru Uilyam Börnsün 2021-ci ildə Moskvaya səfəri ilə də müqayisə edirlər. Həmin vaxt amerikalı rəsmi Rusiya rəhbərliyini Ukraynaya mümkün müdaxilənin ciddi nəticələri barədə xəbərdar etmişdi.



Xəbəri paylaş

16 dəfə oxunub.

Digər xəbərlər