Saytımızı qiymətləndirin


 
 

Nazir İran-Azərbaycan münasibətlərinin müsbət məcrada inkişaf edəcəyinə əminliyini ifadə edib
Tarix: 05-11-2021 | Saat: 13:58
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Ceyhun Bayramov

 

“Son aylar Azərbaycan-İran münasibətlərində bəzi ziddiyyətli məqamlarla bağlı suallar ortaya çıxır. Hər iki tərəfdən bununla bağlı fikirlər səsləndirilib. Biz məsələlərə real baxmalıyıq”.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, istənilən iki ölkə arasında, hətta digər qonşu ölkələrlə də fikir ayrılığı ola bilər: “Bu, istisna deyil. Fikir ayrılıqları olduğu təqdirdə bunu qonşuluq münasibətləri çərçivəsində müzakirə edərək həll yollarının tapılmasına tərəfdarıq. Azərbaycanın mövqeyi budur”.

XİN rəhbəri vurğulayıb ki, son həftələr qeyd olunan məqamlarla bağlı iranlı həmkarı ilə telefon danışıqları olub: “Diplomatik kanallarla rəsmi və qeyri-rəsmi məsləhətləşmələr oldu. Hesab edirəm ki, müsbət addımlar atılıb və bundan sonra da atılacaq. Əminəm ki, İran-Azərbaycan münasibətləri hər zaman olduğu kimi müsbət məcrada inkişaf edəcək. Bizi iki yaxın qonşu ölkə olaraq birləşdirən bağlar var. Biz birlikdə xalqlarımızın, dövlətimizin rifahı üçün layihələr icra edə bilərik”.



Xəbəri paylaş

300 dəfə oxunub.

Digər xəbərlər