Saytımızı qiymətləndirin


 
 

Millət vəkili Tural Gəncəliyev ATƏT-də erməni deputatların yalanlarını ifşa edib
Tarix: 04-11-2021 | Saat: 23:00
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Millət vəkili Tural Gəncəliyev ATƏT-də erməni deputatların yalanlarını ifşa edib
Tural Gəncəliyev

ATƏT Parlament Assambleyasının onlayn payız sessiyasında “Aralıq dənizi hövzəsində və Əfqanıstanda cari vəziyyət” mövzusu müzakirə olunan vaxt Ermənistandan olan deputatlar ölkəmizin ünvanına yenə də qarayaxma kampaniyası aparmağa cəhd göstərib və xoşagəlməz ifadələr səsləndiriblər.

Qarabaginfo.az xəbər verir ki, qurumda Azərbaycanı təmsil edən nümayəndə heyətinin üzvü, millət vəkili Tural Gəncəliyev erməni deputatların yalanlarını ifşa edib və onları tənqid edib. Millət vəkili eyni zamanda ATƏT-in Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı olduğunu, söz oyunu meydanı olmadığını qarşı tərəfin diqqətinə çatdırıb.

Tural Gəncəliyev erməni deputatları qınayaraq onlara uşaq xəyalları ilə yaşamağı deyil, mövcud reallığı qəbul etməyi tövsiyə edib.



Xəbəri paylaş

1234 dəfə oxunub.

Digər xəbərlər
4-07-2023, 10:15 Moskvaya PUA hücumu oldu