Saytımızı qiymətləndirin


 
 

Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının onuncu iclası keçirilib
Tarix: 02-11-2021 | Saat: 18:42
Bölmə:Karusel / Siyasət | çapa göndər

Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının onuncu iclası keçirilib

27-28 oktyabr tarixlərində Rusiyanın Pyatiqorsk şəhərində Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının onuncu iclası keçirilib.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Qarabagiinfo.az-a verilən xəbərə görə, iclasda Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası prosesinin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib, habelə Komissiyanın 2022-ci il üçün iş planı təsdiq edilib.

Tərəflər, Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının 2021-ci il üzrə iş planının tam yerinə yetirildiyini bəyan ediblər.

Görüş açıq dialoq və qarşılıqlı anlaşma ruhunda keçib.

Komissiyanın növbəti iclasının Azərbaycan Respublikası ərazisində keçirilməsi planlaşdırılır. Görüşün tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.



Xəbəri paylaş

1209 dəfə oxunub.

Digər xəbərlər