Saytımızı qiymətləndirin


 
 

Ərdoğanın BMT-nin İqlim Konfransına qatılmamasının səbəbi bilinib
Tarix: 01-11-2021 | Saat: 14:28
Bölmə:Karusel / Siyasət | çapa göndər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qlazqoda keçirilən BMT-nin İqlim Konfransına (COP26) qatılmamasının səbəbi məlum olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Reuters” adlarının açıqlanmasını istəməyən iki rəsmi mənbəyə istinadən məlumat yayıb.

Adının çəkilməsini istəməyən rəsmilərdən biri Türkiyə Prezidentinin iclasda planlaşdırılan iştirakının baş tutmamasının protokol məsələləri ilə bağlı olduğunu qeyd edib. Digər rəsmi isə bildirib ki, Britaniya Türkiyənin protokol və təhlükəsizliklə bağlı tələblərini yerinə yetirməyib: “Təhlükəsizlik üçün avtomobillərin sayı və təhlükəsizliklə bağlı bəzi digər tələblərimiz tam yerinə yetirilmədiyi üçün prezident belə bir qərar qəbul edib”.

Qeyd edək ki, Romada G20 sammitində iştirakını tamamlayan Ərdoğan Qlazqoda keçirilən iqlim sammitinə getmək əvəzinə Türkiyəyə qayıdıb.

Türkiyə Prezident Administrasiyası bu məsələ ilə bağlı heç bir rəsmi açıqlama verməyib.(Apa)



Xəbəri paylaş

1272 dəfə oxunub.

Digər xəbərlər