Saytımızı qiymətləndirin


 
 

Tələbə-təhsil kreditlərilə bağlı yeni MÜDDƏA
Tarix: 29-10-2021 | Saat: 14:17
Bölmə:Karusel / Təhsil | çapa göndər

Ali təhsil haqqında yeni qanunda tələbə-təhsil kreditləri haqqında müddəalar əlavə edilib. Qanuna əsasən Təhsil-tələbə kreditləri Azərbaycan Respublikasının ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda tələbələrə təhsil haqqını və təhsil aldığı müddətdə təhsillə əlaqədar xərclərin ödənilməsi üçün verilir.

 

Qarabaginfo.az xəbər verir ki, bu, “Ali təhsil haqqında” qanun layihəsində əksini tapıb.

 

Təhsil-tələbə kreditlərinin verilməsinin prinsipləri aşağıdakılardır:

- keyfiyyətli təhsilin əlçatanlığının təmin edilməsi;

- aztəminatlı tələbələr üçün təhsilin əlçatanlığının təmin edilməsi;

- keyfiyyətli təhsilin səmərəli maliyyələşdirmə mexanizminin gücləndirilməsi;

- ali təhsilə yönələn kreditlərin verilməsində şəffaflığın, ədalətin və hesabatlılığın təmin edilməsi.

Təhsil-tələbə kreditlərinin mənbələri aşağıdakılardır:

- dövlət büdcəsindən ayrılan vəsait;

- banklar tərəfindən ayrılan öz vəsaitləri;

- işəgötürənlər tərəfindən ayrılan vəsait;

- beynəlxalq maliyyə qurumlarının mənbələrindən, zəmanət verilən kredit təşkilatlarının mənbələrindən ayrılan vəsait;

- qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən ayrılan vəsait.

Yeni qanuna əsasən, Təhsil-tələbə kreditlərinin verilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Təhsil-tələbə kreditinin məbləği və verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər tədris ili üçün illik təhsil haqqı və təhsillə əlaqədar xərclərin tam ödənilməsi (yaşayış yerinin kirayəsi, yemək, tədris materialları, nəqliyyat xərcləri və s.) nəzərə alınmaqla müəyyən edilir.



Xəbəri paylaş

340 dəfə oxunub.

Digər xəbərlər
13-01-2024, 12:19 Əsl xalq Prezidenti