Saytımızı qiymətləndirin


 
 

“Azərbaycanda qazın qiyməti çox aşağıdır” - Samir Şərifov
Tarix: 25-05-2022 | Saat: 15:36
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Azərbaycanda qazın qiyməti çox aşağıdır”

“Dövlət müəssisələrini dərhal özəlləşdirməklə heç nəyə nail olmayacağıq”.

Qarabaginfo.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, bizdə tarif sahəsində çox ehtiyatlı siyasət aparılır: “Çalışılır ki, tariflər kəskin surətdə artmasın. Dövlət büdcəsindən bu tariflərdə olan fərq bağlanılır. Ötən ilin əvvəlində bir çox neft məhsulları üzrə liberallaşdırmaya getdik. Biz faktiki olaraq qaz üzrə qiymətləri 2 dəfəyə qədər artırdıq. Amma bu, indi dünyada qazın qiyməti ilə müqayisədə çox aşağıdır. Hökumət bu məsələlərdə çox ehtiyatla davranır”.



Xəbəri paylaş

220 dəfə oxunub.

Digər xəbərlər