Saytımızı qiymətləndirin


 
 

Ukraynanın Silahlı Qüvvələri ilk dəfə “Bayraktar”dan istifadə edib
Tarix: 27-10-2021 | Saat: 08:19
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Oktyabrın 26-da Donetsk vilayətinin Volnovaxa rayonunun Qranitnoe kəndi yaxınlığında Ukrayna ordusu düşmənin artilleriya mövqelərinə qarşı Türkiyəyə məxsus “Bayraktar” hücum PUA-larından istifadə edib.

Ukrayna Silahlı Qüvvələrinin 93-cü briqadasının mövqeləri ağır silahların cəbhə xəttindən çıxarılmasına dair razılaşmalarla istifadəsi qadağan edilən 122 mm-lik Rusiya D-30 haubitsalarının batareyası ilə atəşə tutulub. Atışma nəticəsində bir ukraynalı hərbçi həlak olub, Qranitnoye kəndində altı ev dağılıb.

Haubitsa batareyasının atəşini susdurmaq məqsədi ilə həmin əraziyə 15 kilometr məsafədən döyüş pilotsuz uçan aparatı göndərilib, bir haubitsa məhv edilib. Rusiya mütəxəssislərinin komandanlıq etdiyi hava hücumundan müdafiə və radioelektron mübarizə sistemləri nəinki “Bayraktar”ı vura bilməyib, hətta onu aşkar etməyib. Ekipajlardan birinin məğlubiyyətindən sonra batareya daha atəş açmayıb.

Ukrayna mətbuatı xəbər verir ki, Türkiyə pilotsuz təyyarələrinin istifadəsinə dair əmri Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı, general Valeri Zalujnı verib.

Hücum pilotsuz uçuş aparatları “Bayraktar TB2” Türkiyə tərəfindən Ukraynaya veriləcəyi haqda hələ may ayında  məlum idi. Üstəlik, söhbət təkcə silahı olan dronlardan yox, bütün xidmət sistemindən gedirdi. Ukrayna Müdafiə Nazirliyi o  vaxt bəyan etmişdi ki, qurğular yalnız mühüm tapşırıqların yerinə yetirilməsi üçün istifadə olunacaq. Görünür, məhz belə bir mühüm tapşırıq Qranitnoye yaxınlığında yerinə yetirilib.

O da məlumdur ki, Ukraynanın müdafiə naziri Andrey Taran Türkiyənin “Baykar Makina” şirkətinin baş direktoru Xaluk Bayraktar ilə görüşdə “Bayraktar” istehsalat müəssisəsinin Ukraynada yerləşdirilməsini müzakirə edib. Bu məsələ prezidentlər Ərdoğan və Zelenski arasında keçirilən görüşdə də qaldırılıb.

virtualaz.org



Xəbəri paylaş

1266 dəfə oxunub.

Digər xəbərlər
28-01-2023, 14:20 İtaliyada zəlzələ olub