Tarix: 26-10-2021 | Saat: 20:53
Bölmə:Karusel / Siyasət | çapa göndər
“İşğaldan azad edilən bu bölgələrin qısa müddətdə sürtələ inkişaf etməsinə nail olmaq hər siyasətçinin işi deyil”.
Qarabaginfo.az xəbər verir ki,, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında bildirib.
Türkiyə Prezidenti qeyd edib ki, bu qədər qısa müddətdə bu sərmayələrin qoyulması bu torpaqlardan bir zaman zorla ayrılmaq məcburiyyətində qalmış azərbaycanlılar üçün müjdə verməyi mümkün edəcək: “İnanıram ki, azərbaycanlı qardaşlarımız qısa müddətdə daha gözəl şəkildə inşa edilən bu torpaqlara qayıtmağa imkan tapacaqlar. Bura gələrkən Füzulini bir yandan Şuşaya, digər yandan cənub sərhədi boyunca Ağbəndə, gələcəkdə də inşallah, Naxçıvana bağlayacaq yolların inşası işlərini gördük. İşçi qardaşlarımızla bir araya gəldik. Bu yollar bölgədə inkişaf edəcək yükdaşımaların adətən, bünövrə daşlarını təşkil edir. Füzulidə bu qədər qısa müddətdə bölgənin qurulması ilə bağlı görülən işlər həm Azərbaycan, həm bölgəmiz üçün qürur mənbəyi və ümidvericidir. Azərbaycan bütün dünyaya örnək olacaq bir inkişaf modeli ilə bu bölgəni inkişaf etdirmək üçün işlərini davam etdirir. Burada təməlini atdığımız tunellər, viyaduklar, yollar buradakı həyatın hansı dərəcədə olduğunu göstərməsi baxımından çox önəmlidir. Bu səylərə liderlik edən İlham Əliyev qardaşımı və hər kəsi, işləri həyata keçirən şirkətləri canı könüldən təbrik edirəm. Türkiyə olaraq biz də bu işlərdə üzərimizə düşəni etməyə, qardaş Azərbaycana bütün imkanlarımızla dəstək olmağa davam edəcəyik”.
Digər xəbərlər