Saytımızı qiymətləndirin


 
 

Təbrizdə valiyə şillə vuran şəxs “Canlı Şəhid” adını qazanan azərbaycanlıdır
Tarix: 24-10-2021 | Saat: 09:51
Bölmə:Karusel / Region | çapa göndər

Təbrizdə valiyə şillə vuran şəxs “Canlı Şəhid” adını qazanan azərbaycanlıdırTəbriz Şəhər Valilik binasında şəhərə yeni vali təyin edilən Xürrem Rezevi səhnəyə qalxan bir şəxs tərəfindən hücuma məruz qalıb.

Məlumata görə, Xürrem Rezeviniyə şillə vuran şəxs bu etirazı onunla əlaqələndirib ki, Təbrizdə fars dilində çıxış təbrizlilərə təhqirdi. Videodan göründüyü kimi fars dilində danışan yeni vali Təbriz ŞAPALAĞI ilə qarşılaşır.

Hadisə ilə bağlı tanınmış jurnalist Fikrət Fərəməzoğlu da maraqlı məlumat paylaşıb.

Qarabaginfo.az həmin məlumatı təqdim edir:

“Bu gün Təbrizdə baş verən məlum hadisənin səbəbkarı heç də kiçik adam olmayıb. Həmin şəxs İran-İraq müharibəsi zamanı yalnız Azərbaycan türklərindən təşkil olunmuş, müharibənin taleyini dəyişmiş, habelə İraq ordusunun ən çox çəkindiyi “Ləşkəre Aşura”, yəni “Aşura Ordusu”nun polkovnikidir.

İranda həmin ordunun tərkibində döyüşmüş, amma sağ qalmış adamlara xüsusi simpatiya var. Çünki onlar müharibə zamanı ən çətin tapşırıqları, ən ağır əməliyyatları keçirən və “Canlı Şəhid” adını qazanmış adamlardırlar. Bir sözlə, hökumət belə onlardan bu gün də ciddi şəkildə çəkinir.

Adamın adı açıqlanmır. Hadisənin şəxsi zəmində baş verdiyi deyilir ki, bu inandırıcı deyil. Adam, xüsusən də Təbrizli həyatı boyu ciddi səbəb olmadan, özü də Daxili işlər nazirinin düz gözü qarşısında valiyə sillə vurmaz. Demək ki, əsaslı bir səbəb var”.(konkret.az)



Xəbəri paylaş

1311 dəfə oxunub.

Digər xəbərlər