Saytımızı qiymətləndirin


 
 

86,6 min kv.km-likdən 113,9 min kv.km -lik Azərbaycana doğru
Tarix: 23-10-2021 | Saat: 15:01
Bölmə:Karusel / Qarabağ / Yazar | çapa göndər

Qaragöl, yoxsa Sevlic? - Rəşad Məcidin 1989-cu ildə çap olunmuş məqaləsi

Ermənistan aşkar şəkildə həyasızlıq edir. Bu, qondarma ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, Ermənistanın “suveren ərazisindən” Azərbaycana dəhliz verilməsi ilə bağlı danışıqlar aparılmayıb və aparılmır da. Bu yerdə qeyd edək: ərazisindəki hər şeyi - havası, sərhədləri daxil - Rusiyanın nəzarətində olan və forpost funksiyasını yerinə yetirənlərin “suveren”likdən danışması da həyasızlığın başqa növüdür.

Həmin bu Qriqoryanın sarsaqlamasına görə, əgər Bakının məntiqinə əsaslansaq, onda bu cür dəhliz Ermənistana da verilməlidir ki, Asiya ölkələrinə çıxışı olsun. Dünənə qədər ellikcə “Böyük Emənistan” xəstəliyinə mübtəla olanlardan əslində normal fikir gözləmək sadəlövhlük olardı. Biz gözləyirdik ki, bunları “Dəmir yumruq” ağıllandıracaq, amma görünür, reablitasiya dövrü uzun çəkəcək. Bu sarsaqlar gözlərini açıb Laçın boyda dəhlizi görmək istəmirlər, Azərbaycan böyük humanizm nümayiş etdirərək ermənilərə get-gəl imkanı yaradıb, bunlar Asiyaya dəhliz istəyirlər...

Qriqoryan Türkiyə ilə münasibətlərin normallaşmasına önəm verdiklərini, İrəvan-Qars dəmir yolunun açılmasında böyük iqtisadi fayda götürə biləcəklərini də deyir. Amma ortada normal münasibətlərə doğru addımdan əsər-əlamət yoxdur. Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirsə, Azərbaycana və Türkiyəyə olan ərazi iddialarından əl çəkməlidir, bu iki ölkənin ərazi bütövlüyünü tanımalıdır: tövbə etməlidir! Özü də sadəcə söz xatirinə yox! Ermənistan Konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları əksini tapıb, belə halda İrəvan Ankara və Bakı ilə necə normal əlaqələr qura bilər?! Odur ki, Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi bağlamazdan öncə təkcə Azərbaycana aid olan öhdəliklərə əməl etməməli, həm də ölkəsində referendum keçirib, Türkiyəyə qarşı rəsmi ərazi iddialarına son qoyacaq konstitusiya dəyişikliklərinə getməlidir! Əks halda, İrəvan və Bakı, nə də Ankara ilə ayrı-ayrılıqda sülhə gələ bilməyəcək, çünki “Bir millət, iki dövlət”ə qarşı iddialardan söhbət gedir. Və... ortada Şuşa Bəyannaməsi var: bir ölkəyə qarşı təhdid digər ölkəyə qarşı da təhdid sayılır!

Şübhə yoxdur ki, Ermənistanın əlinə fitnə-fel verənlər var, özü də təkcə fransız, ya amerikanlar deyil bunlar. Ermənistan-Azərbaycan münasibətlərinin çözümündə Rusiyadan başqa dövlətə ehtiyac olmadığını deyən Rusiya rəhbərliyi də Türkiyəni bu proseslərdən kənarlaşdıra biləcəyini düşünməməlidir. Türkiyə artıq Qafqazdadır, Azərbaycandadır! İllərlə çox çalışdılar Qarabağ məsələsindən kənarda saxlasınlar, olmadı, bacarmadılar. Amma indi baxırıq ki, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası erməni ordusu ilə birlikdə hərbi təlimlərə başlayıb, Türkiyə ilə sərhəddə! Bu, nə deməkdir? Deyəcəklər ki, planlaşdırılmışdı. Elə isə niyə Türkiyə-Ermənistan sərhədində? 3+3 formatı ilə bağlı təşəbbüs irəli sürən Türkiyəyə “sağ ol”udurmu bunların? Bu fakt həm də Azərbaycanın haqlı narazılığına səbəb olacaq, heç şübhəsiz. Ötən ilin 10 noyabrında kapitulyasiya sənədinə imza atan ölkənin sınıq-salxaq ordusunu diriltmək hansı məntiqə sığır? Axı, 44 günün tamamında erməni ordusunu məhv olmaqdan xilas edən Rusiyadır, indi bu orduya “süni nəfəs” verməklə nəyə nail olmaq istəyir? Əslində Ermənistan bu qədər cinayətlərinə görə ordu saxlamaq hüququndan məhrum edilməlidir. Hazırda Haaqa Məhkəməsində proses davam edir, ən azı məhkəmə qərarlarının yekununu gözləmək, Ermənistanın islah olub-olmayacağını bilmək lazımdır. Yoxsa, bu, nə tələskənlikdir belə?

Rusiya prezidenti son açıqlamasında onu da deyib ki, Moskvada sovetlərin xəritələri qalır və Ermənistanla Azərbaycan arasındakı sərhəd həmin xəritələrə əsasən çəkilməlidir. Amma cənab Putin deməyib ki, sovetlər dövrünün hansı illərinə istinad edir, axı, 20-30-cu illərdə də Azərbaycan torpaqları qoparılaraq Ermənistana verilib, 80-ci illərin sonlarınadək, yaylaq-qışlar bəhanəsilə hətta. Ən birinci xəritə ortaya qoyulmalıdır, daha 70-ci illərdəki yox! Əslində sərhədlər diktə edən dövlətin Qalib Azərbaycanın öz xəritəsi əsasında çəkilməlidir: 1918-20-ci illərdə mövcud olmuş dövlətimizin xəritəsi ilə! 113.9 min kv.km-lik ərazi bütövlüyümüz təmin olunmalıdır! Azərbaycana vurduğu maddi və mənəvi zərbələr, törətdiyi bu qədər cinayətlərə görə Ermənistanın hər hansı güzəşt tələbi qoyması yolverilməzdir, mümkün də deyil. Bunu onun ağaları da bilməlidir...

Azərbaycan parlamenti bu günlərdə qanuna dəyişiklik etdi: 28 May Müstəqillik günü, 18 Oktyabr Müstəqilliyin Bərpası günü kimi rəsmiləşdi. Xalq Cümhuriyyətinin hüquqi varisi olan Azərbaycan Respublikası 23 ay mövcud olmuş dövlətimizin ərazisinə də sahiblənmək haqqına malikdir! Deyəsən, Zəngəzur söhbətini uzatmaq istəyirlər. Öz xəritəmizi masaya qoyaqmı?..

Elşad Paşasoy

Musavat.com



Xəbəri paylaş

1757 dəfə oxunub.

Digər xəbərlər