Saytımızı qiymətləndirin


 
 

“Gəncə hadisələri”nə görə həbs edilənlərin cəzası azaldıldı 
Tarix: 22-10-2021 | Saat: 15:48
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Gəncə hadisələri”nə görə həbs edilənlərin cəzası azaldıldı

 

“Gəncə hadisələri” ilə əlaqədar həbs olunmuş Urfan Məmmədovun cəza müddəti azaldılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə onun vəkili Qanqa İbrahimov məlumat yayıb. O bildirib ki, Ali Məhkəmə müvəkkili U.Məmmədovun cəza müddətini 5 ilə endirib.

Belə ki, Cinayət Məcəlləsinin 18 maddəsi ilə təqsirli bilinən və 18 il azadlıqdan məhrum edilən Urfan Məmmədovun ittiham olunduğu maddələr üzrə cinayət işinə xitam verilib. Ali Məhkəmə onu yalnız Cinayət Məcəlləsinin 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsi ilə təqsirli bilib. Yekunda U.Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, U.Məmmədov Yunis Səfərovla birlikdə ittiham olunurdu. Yunis Səfərova ömürlük, digərlərinə isə 18-20 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.



Xəbəri paylaş

305 dəfə oxunub.

Digər xəbərlər