"Qarabaginfo"nun məlumatına görə, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla İdris İsayev təhsil nazirinin müavini təyin olunub.
İ.İsayev bu təyinata qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində işləyib.
Qeyd edək ki, 2018-ci ilin aprelin 23-də Prezident İlham Əliyev təhsil nazirinin müavini Ceyhun Bayramovun təhsil naziri təyin olunması haqda sərəncam imzalayıb.