Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda kanalizasiyaların vəziyyəti necədir? - AÇIQLAMA  
Tarix: 13-10-2021 | Saat: 17:29
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Avqust ayından “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən kanalizasiya kollektorlarının, nasos stansiyalarının, baxış quyularının, barmaqlıqların təmizlənməsi, yuyulması işlərinə başlanılıb və bu işlər mütəmadi davam edir.

Bu barədə “Report”un sorğusuna cavab olaraq ASC-dən məlumat verilib.

“Sentyabrda baş verən güclü yağışdan sonra bu prosesi yenidən davam etdirməyə başladıq. Çünki yağış yay aylarında tikinti meydançalarında, şəhərdə yaranan torpağı, qumu, daşı və bərk məişət tullantılarını kanalizasiya xətlərinə axıdır və xətlərin ötürmə qabiliyyətini aşağı salır. Ona görə də hökmən onların yuyulması, lildən, qumdan, bəzi məişət tullantılarından təmizlənməsi tələb olunur. Eyni zamanda biz digər hidrotexniki qurğularımızı, su təmizləyici qurğularımızı, magistral xətlərimizi, siyirtmələrimizi bir daha təftiş edirik ki, qış aylarında soyuq dövrlərdə əhalinin içməli su təchizatında hər hansı çətinlik yaranmasın.

Ümumiyyətlə deyə bilərik ki, “Azərsu” ASC qışa hazırdır. Bütün hidrotexniki qurğularımız, su və kanalizasiya-nasos stansiyalarımız, magistral xətlərimiz, kanalizasiya kollektorlarımız, şəbəkə xətlərimiz hamısı hazır vəziyyətdədir, bu gün də tam gücü ilə istismar olunur və onların istismarında heç bir problem yoxdur. Qarşıya çıxan kiçik qəzalar, tutulmalar və digər çatışmazlıqlar da dərhal aradan qaldırılır”, - qurumdan bildirilib.



Xəbəri paylaş

336 dəfə oxunub.

Digər xəbərlər
7-02-2022, 12:21 Sabahın HAVASI