Saytımızı qiymətləndirin


 
 

Deputat: "Tələbə hamilə qadınlardan COVID-19 pasportu tələb oluna bilməz"
Tarix: 11-10-2021 | Saat: 11:29
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda iş yerlərində, ictimai iaşə və təhsil müəssisələrində COVID-19 pasportu tələb olunacaq

“Bu gün peyvəndləmə ilə əlaqədar ölkəmizdə gözəl işlər görülür və vaksinasiyanın nə qədər vacib olduğunu bilirik”.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Rəşad Mahmudov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O, bu sahədə olan bir problemə də toxunub: “Təəssüflər olsun ki, tələbə hamilə qadınlardan COVID-19 pasportu və immun sertifikatı tələb olunur. Bununla əlaqədar bir ana tələbəlikdən könüllü şəkildə imtina edib. Bu vəziyyətdə biz hamilə qadınlardan, uşaq əmizdirən qadınlardan pasport tələb edə bilmərik. Üniversitetlər bunu anlayışla qarşılamalıdırlar, onlardan pasport tələb etməməlidirlər”.

Milli Məclisin sədri Sahibə Qafarova isə qeyd edib ki, bu çox vacib məsələdir: "Ümid edirəm ki, universitetlər də bu məsələni diqqətdə saxlayacaqlar".

Mənbə: Report.az


Xəbəri paylaş

331 dəfə oxunub.

Digər xəbərlər