Saytımızı qiymətləndirin


 
 

Vətən müharibəsi şəhidinin ildönümündə xatirəsi anıldı
Tarix: 07-10-2021 | Saat: 13:33
Bölmə:Karusel / Gündəm | çapa göndər

Goranboy rayonunda Vətən müharibəsi şəhidi Muzdurlar kənd sakini Məmmədov Ehtiramın anım mərasimi keçirilib. Anım mərasimində YAP-çı deputat Anar Məmmədov, Goranboy rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, qazilər, rayon ağsaqqalları və ziyalıları iştirak edib.

Əvvəlcə şəhidin məzarı ziyarət edilib, xatirəsinə dualar oxunub. Anım mərasimində şəhidin həyatından, hərbi xidmətindən və şərəfli döyüş yolundan bəhs olunub. Daha sonra deputat şəhid ailəsinin evində olub, onların qayğıları ilə maraqlanıb.

Şəhid ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!



Xəbəri paylaş

337 dəfə oxunub.

Digər xəbərlər