Tarix: 02-10-2018 | Saat: 18:17
Bölmə:Karusel / Gündəm | çapa göndər
Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişməsində, “Şamaxı yolu” adlanan ərazidə yeni asma piyada keçidinin inşasına start verilib.
"Qarabaginfo" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, yerüstü piyada keçidi 3 giriş-çıxışlı olmaqla ümumi uzunluğu 134 metr təşkil edəcək. Keçid Moskva prospektini keçməklə avtomobil tuneli üzərində inşa edildiyi üçün orta dayaqsız olacaq. Keçidin tunelin üzərindən keçən və80 metr uzunluğa malik olan hissəsi hazırda prospektin 20 yanvar küçəsi ilə kəsişmədə inşası aparılan və 30 metr hündürlüyə malik olacaq pilona (dirək) bərkidilmiş xüsusi asqıların (tros) köməkliyi ilə saxlanılacaq.
Bundan əlavə sözügedən kəsişmədə yolun hər bir istiqaməti üzrə giriş-çıxış hissə inşa olunacaq. Asma keçidin yol səthindən hündürlüyü ortalama 6 metr, qalereyasının eni isə 3.5 metr təşkil edəcək.
İşlərin 2019-cu ildə yekunlaşdırılması nəzərdə tutulub.
Digər xəbərlər